Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib 12 Oktyabr 2017 13:02

Oktyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Düşənbə şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin, hüquq işləri üzrə köməkçilərin və psixoloqların iştirakı ilə seminar keçirilib 12 Oktyabr 2017 12:38

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin, hüquq işləri üzrə köməkçilərin və psixoloqların iştirakı ilə seminar keçirilib.

Monitorinq insidentsiz başa çatıb 12 Oktyabr 2017 12:04

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Tacikistan prezidenti MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri ilə görüşüb 12 Oktyabr 2017 11:43

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin müdafiə nazirlərinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə oktyabrın 12-də Düşənbə şəhərində keçirilən görüşündə iştirak edib.

Azərbaycanın Müdafiə naziri Düşənbəyə yola düşüb 11 Oktyabr 2017 18:21

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə yola düşüb.

Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək 11 Oktyabr 2017 12:20

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

"Azərbaycan Ordusu" qəzeti - №76 (2193) 11 Oktyabr 2017 10:46

Tariximizə söykənib qələbə qazanacağıqSübh çağıdı.

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 10 Oktyabr 2017 20:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:1.

Azərbaycanın Müdafiə naziri Belarusun hərbi təyinatlı vasitələri ilə tanış olub 10 Oktyabr 2017 18:57

Oktyabrın 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub.

Azərbaycanın Müdafiə naziri Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb 10 Oktyabr 2017 18:19

Oktyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Minsk şəhərində Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasla görüşüb.