AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Ölkəmizdə səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud və müdafiə naziri Abdulkadir Məhəmməd Nur fevralın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbi hissələrinin birində olublar.
Vətən sevgisi müqəddəs amala xidmətdirHər bir dövlətin varlığını təmin edən, habelə ərazi bütövlüyünü, müstəqilliyini qoruyub saxlayan onun ordusudur...davamıTürkiyə Milli Müdafiə Universitetinin növbəti buraxılış mərasimi keçirilibTürkiyə Milli Müdafiə Universitetinin növbəti buraxılış mərasimi keçirilib...davamı“Dövlətimizin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”Gündən-günə Vətənimizin çiçəklənməsi, xalqımızın rifahının yüksəlməsi, soydaşlarımızın tarixi yurd-yerlərinə qayıdışı, azad edilmiş ərazilərimizdə həyatın yenidən canlanması məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə həyata keçirilən islahatların nəticəsidir...davamıŞücaətin və Vətənə sədaqətin simvoluTarix boyu Vətən torpağı uğrunda canını fəda edən igid oğullar xalqın yaddaşında silinməz izlər buraxmışdır...davamıHərbi xidmət əsgəri vətəndaş kimi formalaşdırırDördüncü sinifdə oxuyurdum.
Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusunun iştirak etdiyi Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi davam edir.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş "Qış təlimi-2025"də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar.
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələri təlim-məşq uçuşlarını icra ediblər.Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.
Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi və "AMAN" Dialoqu çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov İran İslam Respublikası HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.
Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Əliyev Asiman Vaqif oğlu və İsmayılzadə Zaur Nizami oğlunun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.