Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Media nümayəndələri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər 2 May 2017 16:40

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 1-dən 5-dək keçirilən Silahlı Qüvvələrin birgə təlimlərini işıqlandırmaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə mayın 2-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib.

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri - VİDEO 1 May 2017 16:55

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başlayıb 1 May 2017 11:10

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Silahlı Qüvvələrdə ağacəkmə və yaşıllaşdırma tədbirləri məqsədilə iməcilik təşkil olunacaq 1 May 2017 10:48

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü və faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində mayın 6-da iməcilik təşkil olunacaq.

Mayın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 May 2017 10:00

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 may 2017-ci il tarixədək 81.662.003,27 AZN, 212.673,88 ABŞ dolları, 7136,0 avro və 5000,0 rubl vəsait daxil olub.

"Azərbaycan Ordusu" qəzeti - 29.04.2017-ci il №32 (2149) 29 Aprel 2017 11:15

Vətən qorunur!Hava günəşli olduğu üçün o qədər də soyuq deyildi.

Hərbi məktəbin kursantları artilleriya qurğularından döyüş atışları icra edib 28 Aprel 2017 14:05

Cari ilin döyüş hazırlığı planına əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursunda təhsil alan kursantlar üçün artilleriya təlim mərkəzində “Atış və atəşin idarə edilməsi” fənni üzrə döyüş atışlı praktiki məşğələ keçirilib.

Ermənistan “Osa” zenit raket kompleksindən istifadə edib 28 Aprel 2017 11:59

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub 27 Aprel 2017 18:05

Aprelin 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarma Baş Komandanı, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sərbəst və yunan-Roma güləşi üzrə Silahlı Qüvvələrin birinciliyi keçirilir 27 Aprel 2017 16:40

Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində güləşin sərbəst və yunan-Roma növü üzrə Silahlı Qüvvələrin birinciliyi keçirilir.