Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar "dəyirmi masa" keçirilib 15 Sentyabr 2023 19:07

Sentyabrın 15-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Hərbi institutda “Bilik günü” qeyd edilib 15 Sentyabr 2023 14:42

Sentyabrın 15-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda yeni tədris ilinin başlanması münasibətilə mərasim keçirilib.

Müdafiə Nazirliyinin məlumatı 15 Sentyabr 2023 11:09

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu "Türk Şəhidliyi" abidəsini ziyarət edib 15 Sentyabr 2023 10:53

Sentyabrın 15-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar olaraq "Türk Şəhidliyi" abidəsini ziyarət edib.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 14 Sentyabr 2023 20:24

Sentyabrın 14-ü saat 19:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 14 Sentyabr 2023 16:43

Sentyabrın 14-ü saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 14 Sentyabr 2023 14:39

Sentyabrın 14-ü saat 13:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Hərbi liseydə andiçmə mərasimi keçirilib 14 Sentyabr 2023 10:49

Tədris ilinin başlanması münasibətilə Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 14 Sentyabr 2023 07:38

Sentyabrın 13-ü saat 21:35-dən sentyabrın 14-ü saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Tovuzqala rayonunun Mosesqex yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Kəlbəcər istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb 13 Sentyabr 2023 21:24

Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib.