AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 mart 2018-ci il tarixədək 89.031.572,82 AZN, 213.073,88 ABŞ dolları, 10436,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO Birgə Fəaliyyət Planına əsasən, Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Müdafiə Nazirliyinin və NATO-nun mütəxəssisləri arasında növbəti işçi görüşü keçirilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.
Düşmən hədəfimizdən yayınmayacaqQış...
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Skautlar Assosiasiyasın təşəbbüsü ilə Azərbaycan və Türkiyə skautlarından ibarət qrup cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüb.
Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb.
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Müdafiə Nazirliyinin hərbi hissələrində silsilə tədbirlər keçirilib.
Müdafiə və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə təşviqat qrupları tərəfindən müxtəlif bölgələrdə yerləşən orta məktəblərdə yeniyetmələrin çağırışaqədərki hazırlıq fənni üzrə müəllimlər və şagirdlərlə silsilə tədbirlər keçirilib.
Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımı törədildikdən sonra müxtəlif ölkələrdə yaşayan Azərbaycan oğulları Vətənə can atır və faciə qurbanlarının intiqamını almaq üçün cəbhə bölgəsinə getmək arzusunda olduqlarını təkidlə xahiş edirdilər.
Fevralın 24-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və “N” nömrəli hərbi hissəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.