AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, iki ölkə nümayəndələrinin iştirakı ilə “44 günlük Vətən müharibəsi və Lokal xarakterli antiterror əməliyyatları” mövzusunda ekspert görüşü keçirilib.
Fevralın 27-də Seul şəhərində Cənubi Koreya Respublikasının Quru Qoşunları Akademiyasında təhsil alan kursantların buraxılış mərasimi keçirilib.
Azərbaycan Ordusunda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Fevralın 26-sı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib.
NATO Müttəfiq Transformasiya Komandanlığında Azərbaycan, Portuqaliya, Rumıniya, Türkiyə və Yunanıstan nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasında 2024-cü il ərzində qarşıya qoyulmuş məqsədlərə nail olunması istiqamətində müvafiq tədbirlər icra edilib.
Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu"nun dinləyiciləri tədris gəzintisi çərçivəsində Azərbaycan HDQ-ni ziyarət ediblər.
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.