AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfər edəcək.
“Tank biatlonu” müsabiqəsində iştirak edən tank heyətləri və “Səhra mətbəxi”nə qatılan hərbi aşpazlarımız ilkin məşqlərdə iştirak ediblər.
İyulun 25-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin qaydaları, təhlükəsizlik və təşkilati məsələlərlə bağlı ilkin təlimat və hakimlər komissiyasının iclası keçirilib.
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edəcək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda məşqlərə başlayıb.
İyulun 25-də “Dəniz kuboku - 2018” müsabiqəsi hakimlərinin seminarı keçirilib.
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 25-də Bakıya gəliblər.
“Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycanın artilleriyaçılardan ibarət komandası Qazaxıstana yola düşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.
Vətən sərhəddən başlanır.Vətən və yurd məhəbbəti təkcə insanlara məxsus deyil, Allahın yaratdığı istənilən canlıda bu hiss mövcuddur.
“Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın snayperlərdən ibarət komandası Belarusa yola düşüb.