Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycanın Müdafiə naziri Çexiyaya səfər edəcək 16 Oktyabr 2018 10:04

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarının dəvəti ilə oktyabrın 17-dən 20-dək Çex Respublikasında işgüzar səfərdə olacaq.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “On beş illik prezidentlik dövrünün möhtəşəm salnaməsi” adlı tədbir keçirilib 15 Oktyabr 2018 20:36

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin prezidentlik fəaliyyətinin 15 illiyi ilə bağlı Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hisslərində və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək 15 Oktyabr 2018 09:47

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 16-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş təntənəli mərasim keçirilib 14 Oktyabr 2018 15:34

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.

Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirilib 13 Oktyabr 2018 17:30

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirilib.

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissəni ziyarət ediblər 13 Oktyabr 2018 15:08

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.

"Azərbaycan Ordusu" qəzeti 13 oktyabr 2018-ci il №79 (2295) 13 Oktyabr 2018 13:09

Düşmənin istənilən hədəfi məhv ediləcəkBu yaxınlarda həmkarımla birgə ön xətdə yerləşən hərbi hissələrin birində olduq.

Özbəkistan Prezidenti MDB iştirakçı-dövlətlərinin müdafiə nazirlərini qəbul edib 12 Oktyabr 2018 17:10

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının Daşkənddə keçirilən 75-ci iclası çərçivəsində müdafiə nazirlərini qəbul edib.

Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib 12 Oktyabr 2018 15:58

Oktyabrın 12-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

Azərbaycan və Özbəkistanın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalanıb 11 Oktyabr 2018 22:46

Daşkənddə keçiriləcək Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri, general-mayor Abdusalom Azizov ilə görüşüb.