Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb 9 Aprel 2025 10:00

Müdafiə naziri tərəfindən təsdiq olunmuş 2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub 9 Aprel 2025 08:14

Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib - VİDEO 8 Aprel 2025 18:46

2025-ci ilin hazırlıq planına uyğun olaraq, müasir döyüş üsullarına əsasən, Azərbaycan Ordusunda yeni əməliyyat konsepsiyasının tətbiqi ilə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki təlim keçirilib.

Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində tədbirlər keçirilir 7 Aprel 2025 18:03

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi” treninqi və “Hərbi dənizçilik sahəsi üzrə ingilis dilində radioəlaqə” mövzusunda seminar keçirilir.

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub 7 Aprel 2025 11:50

Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.

Həftəlik icmal (30.03.2025-06.04.2025) - VİDEO 6 Aprel 2025 17:00

Şəhid əsgər Samrad Eynəliyevin xatirəsi yad edilib - VİDEO 6 Aprel 2025 15:19

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər Eynəliyev Samrad İkram oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.Müdafiə Nazirliyinin, ictimaiyyət nümayəndələrinin və şəhidin ailə üzvlərinin iştirak etdiyi tədbirdə öncə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Mərasimdə çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar.Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

"Azərbaycan Ordusu" qəzeti № 23 (2932) 5 Aprel 2025 19:20

Böyük Qələbənin başlanğıcı olan Aprel döyüşlərindən 9 il ötürAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

General-polkovnik Zakir Həsənov: "Azərbaycan Ordusu Ali Baş Komandanın etimadını hər zaman doğruldub, bundan sonra da doğruldacaqdır" 5 Aprel 2025 16:11

Aprelin 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.Videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ordu quruculuğunun ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edən müdafiə naziri bölmələrin xidməti-döyüş fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.Müdafiə naziri bildirib ki, tarixi Zəfərin sülh danışıqlarına yol açdığını qeyd edən Ali Baş Komandan Azərbaycan Ordusunun xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı döyüş əməliyyatlarında nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib, bununla da qarşımızda daha məsuliyyətli vəzifələr qoyub.

Aprel döyüşlərinə həsr edilən anım tədbirləri keçirilib - VİDEO 4 Aprel 2025 18:21

Aprelin 4-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Hərb Tarixi Muzeyində aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.