Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan HDQ-nin nümayəndə heyəti Ankaraya səfər edib 17 Aprel 2025 19:25

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti, Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “Azərbaycan–Türkiyə HDQ arasında 10-cu Qərargah danışıqları”nda iştirak məqsədilə Ankara şəhərinə səfər edib.

MMU-nun nümayəndə heyəti Bolqarıstan Respublikasına səfər edib 17 Aprel 2025 18:50

Azərbaycan Respublikasının Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Sofiya şəhərində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının yaradılmasının 113-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.

Azərbaycan və İtaliya HHQ-nin əməkdaşları arasında ekspert görüşü keçirilib 17 Aprel 2025 18:15

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2024-2025-ci illər üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən hər iki ölkənin Hərbi Hava Qüvvələri (HHQ) arasında əməkdaşlıq sahəsi üzrə ekspert görüşü keçirilib.Görüşdə Azərbaycan və İtaliya HHQ-nin hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Slovakiyanın müdafiə sənayesi müəssisələrində və təlim mərkəzində olub 17 Aprel 2025 17:44

Slovakiyaya rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmeko ilə birlikdə bu ölkənin müdafiə sənayesi şirkətlərini və hərbi təlim mərkəzini ziyarət ediblər.

Azərbaycan və Serbiya HHQ komandanları görüşüb 17 Aprel 2025 16:10

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Azərbaycan Ordusu" qəzeti № 26 (2935) 16 Aprel 2025 20:39

“Verilən tapşırıqları layiqincə yerinə yetirməyə hər zaman hazırıq”Bu gün dövlət quruculuğunun əsas tərkib hissəsi olan Azərbaycan Ordusu ölkəmizin qüdrətinin nümunəsi, xalqımızın qürur və güvənc yeri, müstəqilliyimizin və təhlükəsizliyimizin qarantıdır...davamı Hazırlıqlı ordu - sarsılmaz dövlətin əsas zəmanətiGüclü ordu - güclü dövlətin başlıca təminatıdır.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Slovakiyada rəsmi səfərdədir 16 Aprel 2025 17:51

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmekonun dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.

Azərbaycan müdafiə naziri Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri ilə görüşüb 16 Aprel 2025 15:15

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti diqqət mərkəzindədir 16 Aprel 2025 10:47

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən müxtəlif bölmələrdə xidmət edən gənc əsgərlərlə görüşlər keçirilib.

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO 15 Aprel 2025 18:20

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.