Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

MMU-da NATO-nun təhsil üzrə ekspert qrupunun görüşləri keçirilib 31 May 2025 16:29

NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" (DEEP) çərçivəsində ölkəmizdə səfərdə olan hərbi təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universiteti (MMU) və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində görüşlər keçirib.

Azərbaycan Ordusunda “Ən yaxşı hərbi orkestr” müsabiqəsi keçirilib 31 May 2025 09:51

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, qoşun növlərinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi orkestrləri arasında “Ən yaxşı hərbi orkestr” adı uğrunda müsabiqə keçirilib.

Hərbi nizamnamələrin yeni layihələri təqdim olunub 30 May 2025 14:23

Mayın 30-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxslərindən ibarət işçi qrupu tərəfindən hazırlanan yeni layihələri təqdim olunub.

Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb 30 May 2025 12:30

Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Hərbi attaşelər Naxçıvana səfər edib - VİDEO 30 May 2025 10:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.

"Erciyes - 2025” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib 29 May 2025 14:17

Türkiyə Respublikasının Kayseri şəhərində "Erciyes - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Hərbi qulluqçumuz Kəlbəcər rayonunda minaya düşüb 29 May 2025 13:12

Mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.

Raket və Artilleriya Qoşunlarının reaktiv sistemli bölməsinin təlimi keçirilib - VİDEO 29 May 2025 12:39

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli (YARS) bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib.

Pakistanda keçirilən kursda iştirak edən hərbi qulluqçularımız Vətənə qayıdıb 29 May 2025 10:32

Pakistan İslam Respublikasında Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup ixtisaslı mütəxəssislərinin iştirakı ilə keçirilən kurs başa çatıb.

Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb 28 May 2025 17:56

Mayın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.