AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” təşkil olunacaq.
Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların və mülki işçilərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri silsilə tədbirlər həyata keçirir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən bölmələrinin qış mövsümünə hazırlıqla əlaqədar təchizat və təminat işləri başa çatdırılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ağacəkmə təşəbbüsünə qoşulan Azərbaycan Ordusunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.
Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq ordu oyunları - 2020” yarışlarının Moskva şəhərində keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.
Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqlərini izləyib.
Müasir Azərbaycan Respublikasının və Azərbaycan Ordusunun qurucusu ulu öndər Heydər Əliyevin xatirəsi bu günlər bir daha ehtiramla yad edilir, məzarı və şərəfinə ucaldılan möhtəşəm abidələri minnətdarlıqla ziyarət olunur.
Müharibə əlilləri, veteranları və şəhid ailələri Azərbaycan Respublikası Prezidentinin və Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir.
“Bütün sevgilərimiz Vətənlə bağlıdır”Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, həmçinin Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və digər rəhbər şəxslərin hər dəfə ön xətdə yerləşən hərbi hissələrimizə səfəri, şəxsi heyətin məişət şəraiti ilə tanışlığı və hərbi qulluqçularımızı qiymətli hədiyyələrlə mükafatlandırması onların mənəvi-psixoloji hazırlığında əhəmiyyətli rol oynayır...davamı“Xidmətimizin mahiyyəti döyüş növbətçiliyidir”Tarixən güclü orduya malik olan dövlət güclü dövlət kimi tanınıb.