Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“Vətən uğrunda” səyyar təşviqat dəstəsinin “Əsgərə məktub” layihəsi uğurla davam edir 29 Dekabr 2018 15:50

Azərbaycan əsgərinin döyüş ruhunun daha da artırılması, xalq ilə ordu birliyinin möhkəmləndirilməsinə xidmət edən “Əsgərə məktub” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar, Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərində tədbirlər təşkil edilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki 29 Dekabr 2018 14:00

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, Azərbaycanımızın dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsi naminə çətin və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində səfərdədir - VİDEO 29 Dekabr 2018 11:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhənin Füzuli istiqamətində yerləşən hərbi hissələrdə olub və şəxsi heyətlə görüşüb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Açıq qapı günü” keçirilir 29 Dekabr 2018 10:46

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilir.

Müdafiə naziri PUA Mütəxəssislərinin Təlim-Tədris Mərkəzinin açılışında iştirak edib 28 Dekabr 2018 12:49

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin tabeliyində olan təşkilatlarda 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib 27 Dekabr 2018 18:38

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən qoşun növləri və qisimlərində, nazirliyin baş idarə, idarə və xidmətlərində, birlik və birləşmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib.

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit heyətinin təkmilləşdirilməsi kursu uğurla başa çatıb 27 Dekabr 2018 12:00

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit heyətinin təkmilləşdirilməsi kursu uğurla başa çatıb.

Hərbi birlikdə döyüş atışlı gecə təlimi keçirilib - VİDEO 26 Dekabr 2018 14:00

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı gecə təlimi keçirilib.

"Azərbaycan Ordusu" qəzeti 26 dekabr 2018-ci il №100 (2316) 26 Dekabr 2018 09:50

“Qalib Azərbaycan Ordusunun əsgəri olmağı arzulayıram”Bu gün müstəqil Azərbaycan Respublikasının güclü ordusu, sağlam cəmiyyəti və ən əsası bütün dünyada böyük nüfuzu var.

SQ TTM-də Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib - VİDEO 25 Dekabr 2018 16:55

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmış Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.