AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib.
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Qərargahında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib.
“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb.
Avqustun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycana səfərə gəlib.
Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.
Sən dövlətə sədaqətin əsgərisən, Vətən adlı bir qüdrətin əsgərisən!..Analar sənə oğul deyir, bacılar qardaş, Azərbaycan əsgəri.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında orduda ideoloji işin gücləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrdən irəli gələn tapşırıqların icrası ilə bağlı hərbi hissədə növbəti tədbir keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə tərəfinin dəvəti ilə Ankara şəhərinə işgüzar səfərə gəlib.