Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Gənc zabitlərin xidmətə qəbulu ilə bağlı hərbi hissədə tədbir keçirilib 29 İyul 2019 15:23

Azərbaycan Ordusunun hərbi hissələrindən birində ali hərbi məktəbi yeni bitirmiş gənc zabitlərin xidmətə qəbulu ilə bağlı təntənəli mərasim keçirilib.

“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi başa çatıb - VİDEO 29 İyul 2019 10:23

Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin başa çatması münasibətilə tədbir keçirilib.

Hərbi pilotumuzun yaxın qohumları görülən tədbirlər barədə məlumatlandırılıb 27 İyul 2019 18:41

Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında Müdafiə naziri ilə görüşüblər.

Qəzaya uğramış hərbi təyyarə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam edir - VİDEO 27 İyul 2019 17:24

“BOO - 2019” yarışlarında iştirak edəcək hərbçilərimizin bir qismi Rusiya və Özbəkistana yola düşüb 27 İyul 2019 13:10

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu”, “Səhra mətbəxi” və “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak etmək üçün Azərbaycan hərbçiləri Rusiya və Özbəkistana yola düşüb.

Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir 27 İyul 2019 12:48

Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

"Azərbaycan Ordusu" qəzeti 27 iyul 2019-cu il №58 (2375) 27 İyul 2019 09:41

“O torpaqlarımızı da işğaldan azad edəcəyik!”Hər dəfə ön xətdə olanda, düşmən tapdağı altında inləyən torpaqları, uçub dağılmış evləri görəndə, Xocalı, Qaradağlı, Ağdaban faciələrini xatırlayanda, zorakılığa məruz qalmış ana və bacılarımızı, tarixi abidələrimizi, milli mənəvi dəyərlərimizi, milli genofondumuzu yadıma salanda qisas hissi məni rahat buraxmır.

“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik düşərgəsində maraqlı tədbirlər keçirilib 26 İyul 2019 18:29

Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən gənclərin sağlam ruhda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsində maraqlı tədbirlər keçirilib.

Aprel şəhidinin anım mərasimi keçirilib 26 İyul 2019 18:10

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid polkovnik-leytenant Sənan Axundovun anım mərasimi keçirilib.

Müdafiə naziri hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında olub 25 İyul 2019 16:30

Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.