Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO 31 İyul 2019 15:50

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib.

Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər 31 İyul 2019 12:34

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskva şəhərinə gələn Azərbaycanın hərbi aşpazları təlimat alaraq təhlükəsizlik və texniki vasitələrin istismarı qaydalarını öyrəniblər.

"Azərbaycan Ordusu" qəzeti 31 iyul 2019-cu il №59 (2376) 31 İyul 2019 10:37

O yerlərə qayıdışa az qalıbAdi günlərdən biridi.

Azərbaycan HDQ-nin qərargahında Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib - VİDEO 30 İyul 2019 18:49

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov iyulun 30-da Qazaxıstan Hərbi Dəniz Donanmasının nümayəndəsi 1-ci dərəcəli kapitan Kanat Niyazbekovun və İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi 1-ci dərəcəli kapitan Hüseyn Həsəninin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirib.

İranın hərbi gəmiləri Bakıya gəlib - VİDEO 30 İyul 2019 17:07

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 30-da Bakıya gəliblər.

Qəzaya uğramış hərbi təyyarənin axtarışlarına xarici mütəxəssislər və müasir avadanlıqlar cəlb olunub 30 İyul 2019 15:35

İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

Qazaxıstanın hərbi gəmisi Bakıya gəlib - VİDEO 30 İyul 2019 15:06

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 30-də Bakıya gəlib.

Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib 30 İyul 2019 13:37

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Federal Müdafiə naziri cənab Pervez Xattaka, Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata və Ordu komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.

“BOO-2019” yarışlarında iştirak edəcək hərbçilərimizin bir qrupu Belarusa yola düşüb 30 İyul 2019 12:06

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Belarusa yola düşüb.

Cəbhə bölgəsində yerləşən hərbi hissədə tədbir keçirilib - VİDEO 30 İyul 2019 12:00

Müdafiə Nazirliyinin illik fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun ön xətt bölmələrində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili ilə bağlı silsilə tədbirlər həyata keçirilir.