Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“Snayper həddi” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində snayperlərimiz silahlardan sınaq atışları yerinə yetiriblər 1 Avqust 2019 16:47

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə silahlardan sınaq atışları yerinə yetiriblər.

“Dəniz kuboku-2019” müsabiqəsinin hakimlərinin müşavirəsi keçirilib - VİDEO 1 Avqust 2019 15:23

Avqustun 1-də Bakıda “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin hakimlər komissiyasının təşkilati müşavirəsi keçirilib.

“Tank biatlonu”nda iştirak edən Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxlayıb 1 Avqust 2019 14:23

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız onların istifadəsinə verilən döyüş maşınlarına baxış keçiriblər.

Hərbi həkimlərimiz “Hərbi-tibbi estafet” müsabiqəsinə hazırlıq keçirlər 1 Avqust 2019 12:40

Azərbaycan Ordusunun hərbi həkimləri “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində avqustun 4-dən 15-dək Özbəkistanda keçiriləcək “Hərbi-tibbi estafet” müsabiqəsinə hazırlıq keçirlər.

“Səhra mətbəxi” müsabiqəsinin püşkatma mərasimi keçirilib 1 Avqust 2019 11:36

Azərbaycanın hərbi aşpazları “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində avqustun 3-dən 15-dək Alabino poliqonunda keçiriləcək “Səhra mətbəxi” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər.

Avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 Avqust 2019 11:14

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il avqustun 1-dək 101.775.225,87 AZN, 213.577,88 ABŞ dolları, 17.266,0 avro və 5000,0 rubl vəsait daxil olub.

“Dəniz kuboku-2019” müsabiqəsinin iştirakçıları yarışlara hazırdır 1 Avqust 2019 10:51

“Dəniz kuboku-2019” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlmiş Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin və Qazaxıstan Respublikasının Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin heyətləri yarışlara hazırdır.

Qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli mütəxəssislər cəlb edilib 31 İyul 2019 18:30

İyulun 31-də Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

Gənc əsgərlər hərbi hissələrə qəbul olunub - VİDEO 31 İyul 2019 17:42

Yeni hərbi xidmətə çağırılan gənclər Azərbaycan Ordusunun hərbi hissələrinə qəbul olunub.

“BOO-2019” yarışlarında iştirak edəcək hərbçilərimizin bir qrupu Qazaxıstana yola düşüb 31 İyul 2019 17:13

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Qazaxıstana yola düşüb.