Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Ordusunda “Ən yaxşı mühəndis şəhərciyi” müsabiqəsi keçirilir - VİDEO 26 Oktyabr 2019 15:48

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı mühəndis şəhərciyi” adlı müsabiqəyə start verilib.

"Azərbaycan Ordusu" qəzeti №83 (2400) 26 Oktyabr 2019 10:16

Qələbə ruhlu Azərbaycan əsgəri Yol gedirik...

Azərbaycanın Müdafiə naziri NATO Baş Katibinin müavini ilə görüşüb 25 Oktyabr 2019 19:02

Brüsselə səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də NATO Baş Katibinin müavini cənab Mirça Coane ilə görüşüb.

Azərbaycanın Müdafiə naziri NATO-nun toplantısında iştirak edib 25 Oktyabr 2019 18:21

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.

“Əsgərlərlə bir gün” adlı mədəni-kütləvi tədbir keçirilib - VİDEO 25 Oktyabr 2019 18:15

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “N” hərbi hissəsində şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “Əsgərlərlə bir gün” adlı mədəni-kütləvi tədbir keçirilib.

Azərbaycan boksçusu Hərbçilərin Dünya Oyunlarında bürünc medala sahib olub 25 Oktyabr 2019 15:36

Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü, boksçumuz Salman Əlizadə (46-49 kq) Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarının bürünc medalını qazanıb.

Ukraynadan olan Azərbaycanın Milli Qəhrəmanının xatirəsi anılıb 24 Oktyabr 2019 18:10

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölkəmizin Ukraynadakı səfirliyinin hərbi attaşe aparatının nümayəndələri Xarkov vilayətinin Zimiyov şəhərində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, onun xatirəsinə həsr olunmuş anım mərasimində iştirak ediblər.

Azərbaycan Ordusunda hərbi psixoloqların müsabiqəsi keçirilib 24 Oktyabr 2019 17:46

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən qoşun növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə, xüsusi təyinatlı təhsil müəssisələrində “İlin ən yaxşı psixoloqu” müsabiqəsinin ilkin mərhələsi keçirilib.

Hərbçilərin Dünya Oyunlarında MOİK idmançıları iki gümüş medal qazandı 24 Oktyabr 2019 16:43

Çin Xalq Respublikasında Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunlarında MOİK idmançıları komandamızın aktivinə daha iki medal yazdırıb.

Hərbi dənizçilərlə Hərbi Prokurorluq nümayəndələrinin görüşü keçirilib 24 Oktyabr 2019 16:40

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2019-cu il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.