AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirə başsağlığı ünvanlayıb.
İyunun 28-də Heydər Əliyev adına Hərbi İnstitutun növbəti buraxılış mərasimi keçirilib.
Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbul şəhərində keçirilən “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləyib.Sonra Konya şəhərinə gələn Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara ətraflı məlumat verilib.
Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin MMU Quru Qoşunları Hərbi İnstitutunun rəhbər heyəti və "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.
“Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb” Dövlətin qüdrətini müəyyən edən əsas amillər sırasında iqtisadi inkişaf və güclü ordu aparıcı yer tutur...davamı “Azərbaycan Ordusu müstəqilliyimizin dayağı, qürur mənbəyimizdir!”Azərbaycan Hərb Tarixi Muzeyində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Azərbaycan Ordusu müstəqilliyimizin dayağı, qürur mənbəyimizdir!" adlı tədbir keçirildi...davamı “Bu gün Azərbaycan daha güclü dövlətdir, Azərbaycan Ordusu daha güclü ordudur”Ordu dövlətin, dövlət Vətənin ruhudu, hər bir vətəndaş bu ruhun zərrəsidi...davamı "Azərbaycan Ordusu" qəzetinin tam variantı
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi qulluqçuların və orkestrlərin iştirakı ilə yürüşlər keçirilib.
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb.
26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib.