Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin nümayəndələri Moskvada hərbi-musiqi festivalında iştirak edirlər 5 Noyabr 2019 14:21

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestri, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri ölkəmizi Moskva şəhərində keçirilən “Katyuşa” hərbi-musiqi festivalında təmsil edirlər.

Altıncı Bayraq festivalına start verilib - VİDEO 5 Noyabr 2019 12:47

9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən altıncı ənənəvi Bayraq festivalının açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı günü” və andiçmə mərasimi keçiriləcək 5 Noyabr 2019 10:14

Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun tabeliyində olan hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.

Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək 4 Noyabr 2019 16:24

Noyabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq.

Raket və artilleriya bölmələri döyüş atışları icra edib - VİDEO 4 Noyabr 2019 16:04

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan, artilleriya, reaktiv və tankəleyhinə batareyalarla döyüş şəraitinə maksimal yaxın şəraitdə döyüş atışlı taktiki təlim keçirilib.

Əlahiddə Ümumqoşun Orduda müvafiq vəzifələrə təyin edilən gənc zabitlərlə növbəti təlim-metodiki toplantı keçirilib - VİDEO 3 Noyabr 2019 11:50

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətinə davam edən zabitlərlə növbəti təlim-metodiki toplantı keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərində orta məktəblərin şagirdləri praktiki məşğələlərə cəlb ediliblər - VİDEO 3 Noyabr 2019 11:40

Məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə düzgün istiqamətləndirilməsi məqsədi ilə Sədərək və Şərur rayonlarında fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri praktiki məşğələlərə cəlb ediliblər.

Əfqanıstan səfiri H.Əliyev adına AAHM-də olub - VİDEO 2 Noyabr 2019 11:20

Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenay Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

Məktəblilər Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər 2 Noyabr 2019 11:16

Bakı şəhəri 2 saylı Texniki humanitar elmləri liseyinin şagirdləri Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər.

Hərbi hissədə növbəti seminar keçirilib 2 Noyabr 2019 11:13

Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq hərbi hissələrdən birində növbəti seminar keçirilib.