Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Azərbaycan Ordusu" qəzeti №92 (2409) 27 Noyabr 2019 10:03

“Xidmətimizi uğurla davam etdiririk”Ordu sıralarında xidmət edən gənclərin döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlıqlarının da yüksək olması əsas şərtdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 26 Noyabr 2019 19:22

Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:1.

Azərbaycan və Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin görüşü keçirilib 26 Noyabr 2019 17:53

Noyabrın 26-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Müdafiə naziri NATO-nun Hərbi Komitəsinin sədri ilə görüşüb 26 Noyabr 2019 17:19

Noyabrın 26-da Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Prezident İlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO 26 Noyabr 2019 16:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO 26 Noyabr 2019 16:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin dəstəyi ilə ADPU-nun Quba filialında vətənpərvərlik tədbiri keçirilib 26 Noyabr 2019 15:36

Noyabrın 25-də Müdafiə Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Milli Qəhrəman Çingiz Qurbanovun anadan olmasının 25 illiyi münasibətilə “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qusar rayonunda Milli Qəhrəman Çingiz Qurbanovun 25 illiyi qeyd olunub 24 Noyabr 2019 17:27

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun doğum günüdür.

Naxçıvan Döyüş Şöhrəti Muzeyində nümayiş olunan eksponatlar haqqında şagirdlərə ətraflı məlumat verilib - VİDEO 24 Noyabr 2019 10:52

Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində növbəti açıq dərs keçirilib.

Məktəblilər Heydər Əliyev adına Hərbi Liseydə mövcud olan şəraitlə tanış olublar - VİDEO 24 Noyabr 2019 10:45

Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən namizədlər liseydəki təlim-tədris şəraiti ilə tanış olublar.