Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib 10 May 2020 12:29

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazir müavinləri Fəxri xiyabanı ziyarət ediblər.

Naxçıvan Qarnizonu Qoşunlarının bölmələrində komandir hazırlığı məşğələləri keçirilib - VİDEO 9 May 2020 17:06

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEO 9 May 2020 15:36

Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.

Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib 9 May 2020 11:58

Mayın 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazir müavinləri Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər.

Böyük Vətən müharibəsi veteranları ziyarət olunub - VİDEO 9 May 2020 11:45

Faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə hərbi qulluqçular Böyük Vətən müharibəsi veteranlarını ziyarət ediblər.

Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb - VİDEO 9 May 2020 11:40

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçir.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib 8 May 2020 12:30

Müdafiə nazirinin tapşırığına əsasən Azərbaycan Ordusunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib.

Xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib - VİDEO 7 May 2020 11:53

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib.

Cəbhəboyu zonada növbəti hərbi hissə ziyarət olunub - VİDEO 7 May 2020 10:18

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən növbəti hərbi hissədə olublar.

Silah və hərbi texnika yay istismar rejiminə keçirilir - VİDEO 6 May 2020 17:17

Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir.