AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində iyunun 22-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir.
İllik fəaliyyət planına uyğun olaraq Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ərəfəsində azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə görüşlər keçirilib.
Xalqımız Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümünü təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm Zəfərin yaratdığı böyük ruh yüksəkliyi və Qələbə əhval-ruhiyyəsi ilə qarşılayır.
Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.
İyunun 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən iyunun 22-dən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlimlər başlayıb.
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan kiçik leytenantlar Namaz Allahverdiyev, Sadiq Nəcəfli və Yaqub Nəcəfovun doğum günləri münasibətilə anım mərasimi keçirilib.
İyunun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edib.