AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb.
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının konserti olub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni və bir neçə döyüş medalı ilə təltif olunmuş şəhid gizir Sadıqlı İbrahim Şahin oğlunun ad günündə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, şəhidin ailə üzvləri, dostları, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək onun məzarını ziyarət edib, önünə çələng və qərənfillər düzüblər.
Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Azərbaycan Ordusunun şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk - 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb.
Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsiMövzu:
İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.