Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib 8 Avqust 2021 13:29

Bu gün avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi azad edilmiş ərazilərdə tikintisi davam edən hərbi hissələrdə olub - VİDEO 8 Avqust 2021 12:15

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi hissədə olublar.

Müdafiə naziri Kəlbəcər və Laçın rayonlarında yerləşən hərbi hissələrdə olub - VİDEO 8 Avqust 2021 10:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir.

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilir 8 Avqust 2021 08:30

Avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilir.

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib - VİDEO 7 Avqust 2021 18:35

Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 7 Avqust 2021 17:50

Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub.

Azad edilmiş ərazilərdə hərbi qulluqçular üçün çörək zavodu fəaliyyət göstərir - VİDEO 7 Avqust 2021 15:20

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş bölgələrə Müdafiə Nazirliyinin rəhbər heyətinin səfəri davam edir.

"Azərbaycan Ordusu" qəzeti № 61 (2569) 7 Avqust 2021 14:00

Bu Zəfər bəşərilik zəfəri oldu!Vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi.

Şəmkir şəhərində “Vətən müharibəsi şəhidləri” adlı kitabın təqdimatı zamanı qürurverici anlar yaşanıb 7 Avqust 2021 13:45

Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə nəfis tərtibatla nəşr olunan “Vətən müharibəsi şəhidləri” çoxcildliyinin birinci kitabı şəhid ailələri, Azərbaycan Ordusunun şəxsi heyəti və xalqımız tərəfindən böyük maraqla qarşılanır.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub 7 Avqust 2021 12:51

Avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.