Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Baş Qərargah rəisi MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib 24 Sentyabr 2025 15:25

Sentyabrın 24-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikasının Minsk şəhərində keçirilən MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda olublar - VİDEO 23 Sentyabr 2025 17:45

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin Heydər Əliyev adına Hərbi İnstituta tanışlıq səfəri təşkil edilib.

Baş Qərargah rəisi Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət edib 23 Sentyabr 2025 11:15

Belarus Respublikasında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı, mayor Davidoviç Anatoliy Nikolayeviçin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb 22 Sentyabr 2025 15:00

Belarus Respublikasında işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Belarusa işgüzar səfəri başlayıb 22 Sentyabr 2025 12:12

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb.

Həftəlik icmal (14.09.2025-21.09.2025) - VİDEO 21 Sentyabr 2025 14:52

Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib 20 Sentyabr 2025 21:17

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belqradda keçirilən hərbi paradda iştirak edib 20 Sentyabr 2025 17:06

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə səfəri başlayıb.

Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin anım mərasimi keçirilib - VİDEO 20 Sentyabr 2025 15:06

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Abdullayev Rəşad Arif oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

"Azərbaycan Ordusu" qəzeti № 67 (2976) 20 Sentyabr 2025 12:10

Azərbaycan Prezidenti İlham ƏLİYEV:Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi.