AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərib.
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.
Konstitusiyamız möhkəm hüquqi bazaya malikdirAzərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qanunçuluq ideya və dəyərlər kimi Konstitusiya ilə təsbit edildi...davamı“Biz də hərbi təbabətin əsgərləriyik”Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir...davamıHərbi liseydə təhsil alan yeniyetmələr yüksək diqqət və qayğı ilə əhatə olunurlar50 ildir hərbçi olmaq arzusu ilə yaşayan yüzlərlə, minlərlə gənci ağuşuna alan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bundan sonra da illər, əsrlər boyu ordumuz üçün savadlı, bacarıqlı və vətənpərvər kadrlar hazırlanacaqdır...davamı“Əbədi Zəfərimizdən qürur duyur və bu Qələbənaminə döyüşən bütün övladlarımızla fəxr edirəm!”Ötən il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı başlanan uğurlu əks-hücum əməliyyatından artıq bir il ötür...davamı"Azərbaycan Ordusu" qəzetinin tam variantı
2021-ci ilin hazırlıq planına əsasən Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə anım mərasimləri keçirilib.
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışları icra edilib.