Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib 28 Yanvar 2022 12:35

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya başsağlığı ünvanlayıb.

Media nümayəndələri ilə keçirilən təlimlər başa çatıb - VİDEO 27 Yanvar 2022 11:01

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Müharibədən sonrakı reallıqlar və media” başlıqlı təlimlər başa çatıb.

"Azərbaycan Ordusu" qəzeti № 7 (2618) 26 Yanvar 2022 17:55

Yüz illik ömrün işığıMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın 100 illik yubileyinə həsr olunan tədbir keçirildi...davamıGörkəmli sərkərdə general-mayor Həzi Aslanovun xatirəsi yad edilibAzərbaycan Hərb Tarixi Muzeyində xalqımızın qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə həkk etmiş iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anım gününə həsr olunmuş "Cəsur döyüşçü, görkəmli sərkərdə Həzi Aslanov" adlı tədbir keçirildi...davamıDaşaltı əməliyyatının qisası alındıQələbələr də tarixdi, məğlubiyyət də; uğurlu əməliyyatın sevincini, uğursuz əməliyyatın acısını yaşayırlar.

İran Prezidenti Azərbaycanın müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib 26 Yanvar 2022 14:46

Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın müdafiə nazirinin İrana rəsmi səfəri davam edir 26 Yanvar 2022 14:00

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyini ziyarət edib.

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub 25 Yanvar 2022 20:52

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştiani ilə görüşüb.

Azərbaycanın müdafiə naziri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb 25 Yanvar 2022 20:26

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

Komando hərbi hissəsində təlim-məşqləri keçirilib - VİDEO 25 Yanvar 2022 15:29

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.

Azad olunmuş rayonlarda qoşunların fasiləsiz hərəkəti təmin edilir - VİDEO 25 Yanvar 2022 12:05

İşğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən mürəkkəb iqlim şəraitində döyüş növbətçiliyi çəkən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi üçün nəzərdə tutulan yolların qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə qalması məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən fəaliyyətlər davam etdirilir.

Azərbaycanın müdafiə nazirinin İrana səfəri başlayıb 25 Yanvar 2022 11:01

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə yanvarın 25-dən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başlayıb.