AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Biz tarixin qəhrəmanları olmağı bacardıq”Vətən müharibəsində ordu və xalq olaraq qazandığımız Zəfər heç də təsadüf deyildi.
Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.
Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların, mülki işçilərin və şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan silsilə bayram tədbirləri keçirilib.
Əziz xanımlar!Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və hər birinizə ən xoş arzularımı çatdırıram.
Martın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.