AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Vətən torpağını qorumaq müqəddəs borcumuzdur”Hər dövlətin ərazi bütövlüyünün, təhlükəsizliyinin qarantı güclü ordusudur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur.
"Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
Quru Qoşunlarının 2022-ci il hazırlıq planına əsasən "Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti" adı uğrunda yarış keçirilir.
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.
Aprelin 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.
2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaranmasının 30 illik yubileyinə həsr olunmuş “Şəkərli diabet xəstəliyi, müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən inşa-yazı müsabiqəsində və Amerika Birləşmiş Ştatlarının Riyaziyyat Fənn Assosiasiyasının xətti ilə VII-IX sinif şagirdləri arasında keçirilən Beynəlxalq riyaziyyat olimpiadasında qalib olan Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və onların müəllimlərinin mükafatlandırılması mərasimi keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun birləşmələrindəki Təlim-Tədris Mərkəzlərində mövcud olan xüsusi proqram təminatına malik kompüterlər və məşq qurğularının tətbiqi ilə keçirilən məşğələlərdə komandirlərin real döyüş şəraitində bölmələri və silahları idarəetmə bacarıqları yoxlanılır, şəxsi heyətin praktiki vərdişləri təkmilləşdirilir.