AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif edilsinlər:
Böyük Qələbənin başlanğıcından tarixi Zəfərə gedən şərəfli və qürurlu yol2016-cı ilin aprel ayının ilk günləri… Hər zaman olduğu kimi, bu günlərdə də Azərbaycan Ordusunun bölmələri öz mövqelərində günün nizam qaydalarına uyğun olaraq fəaliyyətləri icra edirdilər...davamıÖmürlərini Vətənə fəda edən qəhrəmanlarımızAprel döyüşləri hərb tariximizin şanlı səhifələrindəndir.
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbənin 10-cu ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlarımız - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkr İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.
Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşlərindən 10 il keçir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, bölmələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.