AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Rumıniyanın Birinci Karol Milli Müdafiə Universitetində "Strategiyalar XXI" adlı beynəlxalq elmi-praktik onlayn konfrans keçirilib.
Türkiyə Respublikasının Konya şəhərində təşkil olunan "Anadolu Qartalı -2022" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib.
İyunun 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı aviasiya marşalı Zahir Ahmed Baber Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İyunun 29-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Ahmed Baber Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İyunun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Ahmed Baber Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 8-dən sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
İyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 25 iyun 2022-ci il tarixli sərəncamına əsasən təltif olunan bir qrup hərbi qulluqçuya müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən ali hərbi rütbələr təqdim edilib.
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilir.
“Xalq ordu birliyimiz möhkəmdir və qırılmazdır”Ordumuz dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.