Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb 13 Sentyabr 2022 10:15

Sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinq verib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı 13 Sentyabr 2022 02:09

Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı 13 Sentyabr 2022 01:48

Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib 13 Sentyabr 2022 00:58

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb 12 Sentyabr 2022 18:12

Sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşüb.

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib 12 Sentyabr 2022 16:02

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.

Türkiyədə “Sonsuz qardaşlıq-1” beynəlxalq təlimi keçirilir 12 Sentyabr 2022 14:34

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Ankara şəhərində keçirilən “Sonsuz qardaşlıq-1” xüsusi təyinatlı qüvvələr təlimində iştirak edir.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 12 Sentyabr 2022 09:47

Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib - VİDEO 11 Sentyabr 2022 18:47

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Həmdəm Ağayev, Atəm Əliyev və Adil İbrahimlinin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Həftəlik icmal (04.09.2022 - 11.09.2022) - VİDEO 11 Sentyabr 2022 18:14