Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub 1 Dekabr 2022 18:15

Dekabrın 1-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib.

Azərbaycan və Pakistan HDQ-nin inkişaf perspektivləri müzakirə edilib 1 Dekabr 2022 17:33

Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın müdafiə naziri Pakistanın HDQ komandanı ilə görüşüb 1 Dekabr 2022 16:55

Dekabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazi ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Oklahoma ştatında bir sıra görüşlər keçirib 1 Dekabr 2022 10:00

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Oklahoma Ştatının Qubernatoru Kevin Stitt və Milli Qvardiyasının rəisi briqada generalı Tomas Mançino ilə görüşüb.

MÜDAFİƏ NAZİRLİYİNİN MƏTBUATA AÇIQLAMASI 30 Noyabr 2022 21:30

Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır.

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub 30 Noyabr 2022 20:28

Noyabrın 30-u saat 19:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

"Azərbaycan Ordusu" qəzeti № 92 (2703) 30 Noyabr 2022 19:49

Gənclərimiz ordu sıralarında yüksək vətənpərvərliklə xidmət edirlərAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daim ordu gəncləri ilə görüşlərində bildirirdi ki, əsgərin, döyüşçünün gücü onun vətənpərvərliyindədir.

Hərbi hissənin yaradılmasının 160 illiyi münasibətilə tədbir keçirilib 30 Noyabr 2022 17:43

Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan “N” hərbi hissənin yaradılmasının 160 illiyi ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 30 Noyabr 2022 17:04

Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Azərbaycan və Özbəkistan HHQ arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib 30 Noyabr 2022 16:34

Noyabrın 30-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.