Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam edir 8 İyun 2023 18:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, hərbi qulluqçulara vətənpərvərlik hissinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər davam edir.

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO 8 İyun 2023 17:00

"N" hərbi hissəsində 2023-cü il üçün hazırlıq planına əsasən ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyinin məlumatı 8 İyun 2023 09:40

İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə nazirinin müavini İtaliyanın müdafiə naziri ilə görüşüb 7 İyun 2023 21:53

İtaliya Respublikasında səfərdə olan müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov iyunun 7-də bu ölkənin müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatı 7 İyun 2023 21:31

İyunun 7-si saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimində praktiki tapşırıqlar icra edilib - VİDEO 7 İyun 2023 18:56

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində praktiki tapşırıqlar icra edilib.

Macarıstanın müdafiə naziri "N" hərbi hissəsində olub 7 İyun 2023 17:04

Ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib.

Azərbaycan-Macarıstan hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib - VİDEO 7 İyun 2023 12:30

İyunun 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Azərbaycan Ordusu" qəzeti № 42 (2754) 7 İyun 2023 11:00

Zəfərdən sonra dağlar əzəmətli görünürZabitlərdən Elsevər Hüseynov, Nicat Ağayev və Nemət Vəliyevlə birgə düşmənlə üz-üzə olan mövqelərə tələsirik...davamıGünnüt əməliyyatı:

Müdafiə Nazirliyinin məlumatı 6 İyun 2023 19:45

İyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.