Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Naxçıvan istiqamətində mövqelərimiz intensiv atəşə tutulub 13 İyun 2023 18:42

İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.

Azərbaycan və Türkiyə prezidentləri Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak ediblər - VİDEO 13 İyun 2023 17:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak ediblər.

Müdafiə Nazirliyinin məlumatı 13 İyun 2023 14:36

İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Kəlbəcərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur - VİDEO 13 İyun 2023 10:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.

Müdafiə Nazirliyinin məlumatı 12 İyun 2023 19:35

İyunun 12-si saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

"Zabit ixtisas kursu"nun buraxılış mərasimi keçirilib - VİDEO 12 İyun 2023 17:24

İyunun 12-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nun buraxılış mərasimi keçirilib.

Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin təlimi keçirilib - VİDEO 12 İyun 2023 15:55

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində təlim keçirilib.

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib - VİDEO 11 İyun 2023 15:35

Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Elvin İmaməliyev, Emin Əmrahov və Səbuhi Əhmədovun xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin məlumatı 11 İyun 2023 13:29

İyunun 11-i saat 11:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Həftəlik icmal (04.06.2023 - 11.06.2023) - VİDEO 11 İyun 2023 12:59