Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur 17 İyun 2023 12:16

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

"Azərbaycan Ordusu" qəzeti № 45 (2757) 17 İyun 2023 11:24

“Hərbi tibb personalımız da müharibənin ağır sınaqlarından üzüağ çıxdı” Müsahibimiz Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firuddin İsaxan oğlu Nəbiyevdir...davamı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 51-ci buraxılış mərasimi keçirildiMilli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2023-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirildi...davamı"Azərbaycan Ordusu" qəzetinin tam variantı

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb - VİDEO 17 İyun 2023 10:42

2023-cü ilin hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb edilməsi ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb.

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimi başa çatıb 16 İyun 2023 17:43

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.

HHQ-də "Zabit ixtisas kursu"nun ilk buraxılış mərasimi keçirilib 16 İyun 2023 16:46

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nun ilk buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib 16 İyun 2023 14:45

İyunun 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin birinci yarım ilinin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 16 İyun 2023 10:07

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyinin məlumatı 16 İyun 2023 09:14

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

"Anatolian Phoenix - 2023" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib 15 İyun 2023 19:11

Türkiyə Respublikasının Konya şəhərində "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib - VİDEO 15 İyun 2023 17:36

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.