AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərimizdə cari ilin iyun ayı ərzində 640 hektaradək ərazi minalardan tam təmizlənib.
İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində atəş tapşırıqları icra edilib.
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Elçin Tağıyev və Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
İyunun 18-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib.Mərasimlərdə hərbi qulluqçular igidimizin məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
İyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilmiş ərazilərdə yerləşən hərbi tibb müəssisələrinə media-tur təşkil edilib.
İyunun 17-si saat 14:30-dan 14:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.