Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının müdafiə nazirinin 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki 25 İyun 2023 21:51

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!Sizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasının müdafiəsinin güclənməsi naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək 25 İyun 2023 18:33

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək.

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu təltif olunub – SƏRƏNCAM 25 İyun 2023 13:09

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 25 İyun 2023 13:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 25 İyun 2023 13:03

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib 25 İyun 2023 11:16

2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib.

"Azərbaycan Ordusu" qəzeti № 47 (2759) 24 İyun 2023 18:49

“Hərbi dənizçilərimiz suverenliyimizə qarşı yarana biləcək istənilən təhlükənin qarşısını almağa qadirdirlər”Müsahibimiz Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirovdur...davamı“Anatolian Phoenix-2023” - qardaşlığın, dostluğun və müttəfiqliyin təlimiQardaş Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən "Anatolian Phoenix-2023" beynəlxalq axtarış-xilasetmə təlimi xoş xatirələrlə yadda qaldı.

Yanğından mühafizə komandalarının təlim-metodiki toplanışı keçirilib 24 İyun 2023 17:43

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin planına əsasən, qoşun növlərinin, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib - VİDEO 24 İyun 2023 16:06

İyunun 24-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda 2023-cü ilin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 24 İyun 2023 12:22

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.