Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi qulluqçumuz yaralanıb 27 İyun 2023 20:56

İyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Azərbaycan Respublikasının müdafiə nazirinin Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki 27 İyun 2023 17:19

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətlərinizdə uğurlar arzulayıram.Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunur.

Ordu dövlətin dayağıdır - VİDEO 27 İyun 2023 12:12

Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olunub - VİDEO 26 İyun 2023 21:28

26 İyun - Silahlı Qüvvələr Günündə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Bərdə və Şuşa şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə göndərilib - VİDEO 26 İyun 2023 20:01

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.Gənc əsgərlərin ixtisas hazırlıqlarını uğurla bitirmələri münasibətilə keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.Çıxış edən zabit, əsgər və valideynlər kurslar zamanı keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib - VİDEO 26 İyun 2023 19:12

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib, hərbi qulluqçular təltif edilib.

Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO 26 İyun 2023 18:48

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, "dəyirmi masa"lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.

Silahlı Qüvvələr Günündə hərbi hospital ziyarət edilib - VİDEO 26 İyun 2023 14:38

İyunun 26-da Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələr Günü münasibətilə nazirliyin Baş Klinik Hospitalını ziyarət edib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub.

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib 26 İyun 2023 13:48

İyunun 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - VİDEO 26 İyun 2023 11:58

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 26-da Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.