Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Heydər Əliyev adına Hərbi İnstitutda Türkiyənin Zəfər bayramı ilə bağlı tədbir keçirilib 30 Avqust 2023 12:04

Heydər Əliyev adına Hərbi İnstitutda Türkiyənin Zəfər Bayramının 101-ci ildönümünə həsr edilən tədbir keçirilib.

"Azərbaycan Ordusu" qəzeti № 65 (2777) 30 Avqust 2023 10:52

Türkün gücü sarsılmazdırTürkiyənin 30 Avqust - Zəfər bayramı türk xalqının hərb tarixinə yazdığı ən şərəfli səhifələrdən biridir.

Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir 30 Avqust 2023 09:32

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.

Almaniya ilə hərbi tibb sahəsində ekspert danışıqları aparılıb 29 Avqust 2023 12:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında mövcud hərbi əməkdaşlıq proqramına əsasən, hərbi qulluqçularımız bu ölkədə “Tibb sahəsində ekspert danışıqları” mövzusunda keçirilən tədbirdə iştirak ediblər.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 29 Avqust 2023 09:35

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 28 Avqust 2023 23:09

Avqustun 28-i saat 19:20-dən 20:55-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb 28 Avqust 2023 16:59

Avqustun 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - VİDEO 28 Avqust 2023 16:31

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib - YENİLƏNİB 28 Avqust 2023 11:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib.Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı.

Həftəlik icmal (20.08.2023 - 27.08.2023) - VİDEO 27 Avqust 2023 21:02