AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cari ilin hazırlıq planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində döyüş atışlı məşğələlər keçirilir.Təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hava hədəflərini zenit-raket kompleksindən istifadə etməklə yüksək dəqiqliklə məhv ediblər.Keçirilən məşğələlərdə qarşıya qoyulan bütün tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hər iki hərbi gəmisi oktyabrın 12-də Bakı limanını tərk edib.
Cari ilin fəaliyyət planına uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə tələbələrlə keçirilən görüşlər davam edir.
Qarabağ 1500 illik tarixi olan türk torpağıdırVI əsrdən etibarən Qarabağda Xəzərlər, Səlcuqlar, Eldənizlər, Elxanilər, Qaraqoyunlular, Teymurilər, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və Azərbaycan türkləri hakimiyyətdə olub.
Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.
Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb.
Oktyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi başa çatıb.