AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov, Vətən Müharibəsi Qəhrəmanları Zaur Nudirəliyev, Vüqar Ağayev, Ceyhun Həsənov və Vətən müharibəsi şəhidi Asiman Əliyevin xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Hərbi Dəniz Qüvvələrinin N hərbi hissəsində “Sualtı hücum xüsusi təyinatlı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Naxçıvan şəhərində hərbi yürüş keçirilib.
Vətən muradına çatdı!2012-ci ildə oxuduğum qəzetlərdən birində belə bir başlığa rast gəlmişdim:
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində motoatıcı bölmələr ilə komanda-qərargah səfərbərlik təlimi keçirilib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümünə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib.
NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" (DEEP) çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Beynəlxalq Dil Koordinasiya Bürosunun mütəxəssislərinin iştirakı ilə "STANAG - 6001 oxu və dinləmə test tapşırıqlarının tərtibatı" üzrə treninq keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri arasında təşkil olunan baxış-müsabiqəsində hər bir sürücünün idarə etdiyi avtomobilin quruluşu, işləmə prinsipi və texniki istismarı qaydaları barədə bilik və bacarıqları yoxlanılıb və avtomobil texnikalarının saz vəziyyətdə saxlanmasına xüsusi diqqət yetirilib.
Çin Xalq Respublikasında keçirilən "Çinin modernləşdirilməsi üzrə Beynəlxalq Dialoq"da Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.Təhsil aldığı beynəlxalq tədris müəssisəsində sosial fəaliyyətlərdə fərqləndiyinə görə tədbirə dəvət edilən polkovnik-leytenant Elxan Fərzəliyev beynəlxalq dialoqda Azərbaycan-Çin münasibətləri və pilotsuz uçuş aparatlarına dair mövzular üzrə çıxış edib.