Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin rəhbər heyəti "Leonardo" şirkətinin məhsulları ilə tanış olub 15 Noyabr 2023 14:39

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Müdafiə Nazirliyinin rəhbər heyəti "EDGE" şirkətinin stendini ziyarət edib 15 Noyabr 2023 12:31

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində BƏƏ-nin "EDGE" şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Müdafiə Nazirliyinin rəhbər heyəti "Dubai Airshow 2023" sərgisində iştirak edir 15 Noyabr 2023 09:59

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak edir.

Müdafiə naziri Pakistanın Aviasiya Kompleksinin sədri ilə görüşüb 14 Noyabr 2023 18:00

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir.

"Azərbaycan Ordusu" qəzeti № 86 (2798) 14 Noyabr 2023 14:00

Zəfər sənindir, Azərbaycan!8 Noyabr - Zəfər Günü "N" hərbi hissəsində də yüksək səviyyədə qeyd olundu.

Müdafiə naziri italiyalı həmkarı ilə görüşüb 14 Noyabr 2023 09:44

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Voleybol üzrə ordu birinciliyinə start verilib 13 Noyabr 2023 17:40

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 2023-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, voleybol üzrə ordu birinciliyinə start verilib.

Müdafiə naziri BƏƏ-yə səfərə gedib 13 Noyabr 2023 16:44

Noyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.

Azərbaycan Ordusunda 12 Noyabr - Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib 12 Noyabr 2023 17:55

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda 12 Noyabr - Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Həftəlik icmal (05.11.2023 - 12.11.2023) - VİDEO 12 Noyabr 2023 15:54