AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən voleybol birinciliyi başlamazdan əvvəl çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Vahid Məmmədov hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması, güclü idmançı və komandaların müəyyən edilməsi məqsədilə təşkil olunan idman yarışlarının əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.
Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib.
Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.
Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında ikitərəfli görüş keçirilib.
Noyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ölkəmizə səfər edib.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib.Heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib.
Bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçiriləcək.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Mayis Yaqubovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.