Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi qulluqçumuz əlverişsiz hava şəraitində hərəkət istiqamətini itirərək azıb 28 Fevral 2024 12:03

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

General-mayor Akim Abbasovun xatirəsi yad edilib 27 Fevral 2024 18:14

Fevralın 27-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Birinci Fəxri xiyabanda görkəmli hərbi və ictimai-siyasi xadim Akim Əli oğlu Abbasovun məzarını ziyarət edib, qarşısına çələng və gül dəstələri qoyublar.

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib - VİDEO 27 Fevral 2024 17:06

Yarışdan əvvəl çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov bildirib ki, mütəmadi idmanla məşğul olan hərbi qulluqçu daha dözümlü, yüksək əhval-ruhiyyədə olur, verilən tapşırıqları daha çevik və dəqiq yerinə yetirir.

Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə nazirinin müavini ilə görüşüb - VİDEO 27 Fevral 2024 15:51

Fevralın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini cənab Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

HDQ-nin dəniz xüsusi təyinatlıları ilə təlim məşqləri keçirilib - VİDEO 27 Fevral 2024 09:49

2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi təyinatlıları ilə kəşfiyyat tapşırıqlarının icrası üzrə məşqlər keçirilib.

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO 26 Fevral 2024 19:53

Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib 26 Fevral 2024 12:58

Fevralın 26-sı Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib 25 Fevral 2024 20:24

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynov və Vətən müharibəsi şəhidi Toğrul Atakişiyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Həftəlik icmal (18.02.2024 - 25.02.2024) - VİDEO 25 Fevral 2024 14:11

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb 25 Fevral 2024 11:25

2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.