AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Müttəfiqlərin Avropadakı Baş Qərargahının ekspert qrupunun iştirakı ilə "Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu"nun koordinasiya görüşü keçirilib.
2024-cü ilin təsdiq olunmuş fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DİN DQ) Ali Hərbi Məktəbini ziyarət ediblər.
Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənəd qəbulu cari ilin 30 may tarixinədək uzadıldı.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Aralıq dənizinin şərqində keçirilən "Kurtaran - 2024" sualtı axtarış və xilasetmə təlimində iştirak edib.
Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda "Psixoloq" vəzifələri üçün "Ehtiyat zabit hazırlığı kursu"na namizəd qəbulu elan edir.
Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 25-ci ildönümü münasibətilə "N" hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanmış 2024-cü il üçün birgə tədbirlər planına uyğun olaraq, aparatın nümayəndələri Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olublar.
2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Qasım Qara oğlu Rzayevin xatirəsi anılıb.