AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də bu ölkənin müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicski ilə görüşüb.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılışına həsr olunan mərasim keçirilib.
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “Quru Qoşunlarının döyüş hazırlığı və öyrənilmiş təcrübələr” mövzusu üzrə hər iki ölkənin hərbi ekspertlərinin görüşü keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib.
İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Müdafiə Nazirliyinin baş idarə və idarələri arasında Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümünə həsr olunmuş voleybol üzrə birincilik keçirilib.
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təntənəli mərasim keçirilib.
İyunun 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş keçirilib.
26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və bir qrup hərbi qulluqçu Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər.