AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
Azərbaycan Hərb Tarixi Muzeyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən müharibəsi şəhidi mayor Elnur Quliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun Qazaxıstan Respublikasında keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində iştirak edən şəxsi heyəti, hərbi gəmiləri və aviasiya vasitələri Bakıya qayıdıb.
Sağlamlığın keşiyindəHəkim peşəsi çox nəcib və məsuliyyətli peşələrdəndir.
İyulun 20-də Milli Müdafiə Universitetinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi və zabit heyətinin iştirakı ilə dəyirmi masa keçirilib.
Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları ilə keçirilən intensiv ingilis dili üzrə təməl səviyyə kursunun buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat verir ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Cari ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində Azərbaycan Ordusunun birlik və birləşmələrinin əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəislərinin baş köməkçiləri ilə qoşun xidmətinin təşkili üzrə seminar keçirilib.