AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
Oktyabrın 3-də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ildönümünə həsr olunmuş “Mənim Ulu Öndərim” adlı tədbir keçirilib.
Oktyabrın 3-də "N" hərbi hissəsinin yaranma günü münasibətilə tədbir keçirilib.
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.
Azərbaycan və Macarıstan Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Macarıstan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.
2024-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.
Tarixi Zəfər Ulu Öndər Heydər Əliyev ideyasının təntənəsi oldu Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın tarixində ən böyük qələbələrdən biri kimi əbədiləşmişdir...davamı Şəhid olan Vətən övladlarının xatirəsi anıldıÖtən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatında şəhidlik zirvəsinə yüksələn Mikayıl Həmidli, Ramazan Hüseynzadə, Seymur Şabıyev, Məhərrəm Hüseynov, Elməddin Əliyev, Nəcməddin Quliyev və Mirəli Təhməzovun xatirəsinə həsr olunmuş anım mərasimləri keçirildi...davamıMətin döyüşçü, igid kəşfiyyatçıVətən uğrunda şəhidlik zirvəsinə ucalanlardan biri də 1992-ci ildə anadan olmuş Fərid Şabanov körpə yaşlarından vətənpərvərlik ruhunda tərbiyə alıb...davamı “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi müxtəlif region və dövlətləri birləşdirən körpüdürBeynəlxalq Müdafiə Sərgisi təkcə silah və texnologiya sahəsində ən son nailiyyətlərin nümayişi deyil, həm də ölkələr arasında uzunmüddətli əməkdaşlığın əsaslarının qoyulduğu platformadır...davamı Antiterror əməliyyatı bütün Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya idiDövlətimizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən uğurlu antiterror əməliyyatının başa çatmasından bir il ötdü...davamı Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsiMövzu:
Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.
Bakıda NATO-nun əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində "Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir.